arrow-back

MANE: KƏTANA HƏKK OLUNMUŞ HƏYAT HD

Sürəklilik: 01:30:00

Kral Rəssamlıq Akademiyasında keçirilmiş bu sərgi Eduard Manenin portretlərinə həsr edilmiş birinci sərgi idi. "Mane: Portretə həkk edilmiş Həyat" sərgisi onun Avropa, Asiya və ABŞ-da olan əsərlərini bir araya gətirir və bu əsrarəngiz, bəzən də təzadlı rəssamın bütöv yaradıcılıq yolunu əhatə edir.Manenin portretləri onun yaradıcılıq irsinin təxminən yarısını təşkil etsə də, yalnız onlara həsr edilmiş sərgi heç vaxt keçirilməmişdi. O,  ailəsini, dostlarını və dövrünün ədəbiyyat, siyasət və incəsənət xadimlərini çəkir, yalnız şəxsləri deyil, Paris cəmiyyətini də kətan üzərində əbədiləşdirirdi. Sərgi Manenin 50-dən çox əsərini, ona daha çox modellik etmiş qadının, həyat yoldaşı Syuzanna Leenhoffun, dövrünün məşhurlarından Antonin Prust, Emil Zola və Stefan Mallarmenin portretlərini, o cümlədən Manenin portretlərlə bağlı dövrünün fövqündə duran, yenilikçi yanaşmasını nümayiş etdirən gündəlik həyatdan səhnələri əhatə edir. Daha ətraflı məlumat almaq üçün www.royalacademy.org.uk saytına nəzər salın.